Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani aclıq aksiyasına başlayıb.
Teleqraf.com xəbər verir ki, milli fəal ona qarşı hazırlanmış dosye ilə bağlı tələbinin təmin olunmamasına etiraz olaraq aclıq elan edib.
Abbas Lisani mayın 25-də yaxınları ilə telefon əlaqəsi saxlayaraq, aclığa başlayacağı barədə məlumat vermişdi. O bildirmişdi ki, vəkili tərəfindən hazırlanıb həbsxana rəhbərliyinə təhvil verilən dosyenin xülasəsi ona təqdim olunmayacağı təqdirdə 48 saat sonra aclıq aksiyasına başlayacaq.
Abbas Lisani yanvarın 15-də Təbrizin İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq Ərdəbil həbsxanasına göndərilib.
Abbas Lisaninin hansı səbəbdən saxlanıldığı və barəsində hansı ittihamın irəli sürüldüyü məlum deyil.