Türkiyə və Amerika arasında son dərəcə gərgin münasibətlərin müşahidə olunduğu bu ərəfədə hər iki ölkənin hərbi nazirləri müzakirə aparıb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar və ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan arasında telefon danışığı olub.
Türk mediası bildirir ki, telefon müzakirəsi zamanı təhlükəsizlik və əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb.