Güney Azərbaycanın Çaldıran şəhərində PEJAK (PKK-nın İran qolu) terror təşkilatı ilə İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) silahlı birləşməsi arasında toqquşma baş verib.
Teleqraf.com xəbər verir ki, silahlı qarşıdurmada bir SEPAH silahlısı həlak olub.
İran mətbuatında bu barədə geniş məlumat verilməyib, sadəcə bildirilib ki, terror təşkilatı bölgədə xaos yaratmaq məqsədi ilə hücum həyata keçirib.