29 May 2019 11:19
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhaninin müşaviri Məhəmməd Əli Nəcəfi həyat yoldaşını öldürdüyünü etiraf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın baş prokuroru Məhəmməd Şəhriyari məlumat verib.

O, Nəcəfinin artıq polisə təslim olduğunu bildirib: “Məhəmməd Nəcəfi ailə münaqişəsi zəminində həyat yoldaşını öldürdüyünü etiraf edib".

Prezident müşaviri ikinci həyat yoldaşı Mitra Nəcəfini Tehrandakı evində sinəsinə odlu silahdan atəş açaraq həyatına son qoyub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər