29 May 2019 12:19
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

2008-ci il martın 1-də İrəvanda baş vermiş qətliamda ittiham olunaraq həbs edildikdən sonra sərbəst buraxılan Ermənistanın ikinci prezidenti Robert Köçəryan tərəfdarları ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, İrəvanda baş tutmuş görüşdə keçmiş prezident gələcək planlarından danışıb.

Köçəryan siyasi fəaliyyətinə davam edəcəyini bildirib:

“Təxminən 10 il əvvəl əsas fəaliyyətim başa çatdı, bundan sonra səssizliyə çəkiləcəyimi düşünürdülər, bu, yanlışdır. Həbsxana yalnız fiziki mənada azadlığımı əlimdən ala bilər, amma iradəmin azadlığını məhdudlaşdıra bilməz.

Əksinə, irəliləmək və mübarizə aparmaq üçün yeni bir situasiya var. Bu mübarizəni təkbaşına davam etdirə bilməyəcəyimi bilirəm. Bizi qalibiyyətə aparacaq yeni, çevik, peşəkar və maraqlı bir komandamız var”.

Qeyd edək ki, Robert Köçəryanın böyük siyasətə qayıdışının geniş müzakirə olunduğu Ermənistan mediası bu günlərdə onun siyasi partiya quruculuğuna başladığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər