Meksikanın cənub-şərqində Verakrus ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 20 nəfər ölüb, 18 nəfər yaralanıb. Bu barədə “Proceso” qəzeti məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, ilkin versiyaya görə, dağ yolu döngələrindən birində yük maşınının əyləci tutmayıb və o, avtobusa çırpılıb. Toqquşma nəticəsində hər iki maşın yanıb. Avtobusda Çyapas ştatından zəvvarlar olub.
Ölənlərin və yaralananların sayı barədə rəsmi məlumat açıqlanmayıb.