Apreldə keçirilən parlament seçkilərindən sonra hökumət qura bilməyən İsrail Baş naziri Binyamin Netanyahu erkən seçki elan edib.
Teleqraf.com xəbər verir ki, erkən parlament seçkiləri sentyabrın 17-də keçiriləcək.
Qeyd edək ki, aprel seçkilərində Netanyahunun lideri olduğu Likud Partiyası ən çox səs toplayaraq 36 deputat mandatı əldə etmişdi.