30 May 2019 11:10
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın məşhur pop ulduzu Olya Polyakova siyasi partiya quracağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, müğənni qərarı barədə İnstaqramda paylaşım edib.

Həyatında bir sıra yenilik olduğunu vurğulayan Olya Polyakova Ukraynada ilk qadın partiyası yaradacağını qeyd edib: “Parlament seçkiləri üçün yarış başlayır. Barəsində heç nə bilmədiyim şəxslərə səs verməkdən bezmişəm. Milyonlarla insan kimə səs verdiyini bilmək istəyir. Bu məsələ ilə əlaqədar partiya qurmağa başladığımı rəsmən açıqlayıram. Bu, Ukraynada ilk qadın partiyası olacaq. Zarafat etmirəm”.

Müğənni iştirak etdiyi qadın forumunda məsələyə belə izah verib: “Qaydaları kişilərin müəyyənləşdirdiyi ölkədə yaşayırıq. Niyə bizə biçdikləri rolu qəbul edirik? Seksual görünməyi sevirik, amma kişilərin bizə yalnız seks obyekti olaraq baxmalarından xoşumuz gəlmir. Ukraynadakı qadınlar hər gün cinsiyyətci şovinizmlə qarşılaşır”, - deyə Olya Polyakova bildirib.


Müəllif: Leyla

Oxşar xəbərlər