Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “QAZ-21 Volqa” avtomobili ilə Rusiyanın Baş naziri Dmitri Medvedyevin arxasınca otelə gələrək, onu Aşqabadda avtomobil gəzintisinə çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS yazıb.
Məlumata görə, qısa gəzintidən sonra siyasətçilər prezident malikanəsinə gəliblər. Burada tərəflər arasında işgüzar səhər yeməyi baş tutub.
Qeyd edək ki, Medvedyev mayın 30-da Türkmənistana səfər edib. Baş nazir burada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.