31 May 2019 15:10
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın paytaxtı Amsterdamın mərkəzində keçmiş “Avropa çempionu” Mel Daluzyan bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, 3 il öncə Meline Daluzyan adı ilə bütün dünya ictimaiyyətini aldadaraq qadın cildində ağırlıqqaldırma üzrə Avropa çempionu olmuş Mel döş qəfəsindən və kürəyindən bir neçə bıçaq yarası alıb.

Kişi olduğu təsdiqlənəndən və bütün titulları ləğv ediləndən sonra Ermənistanı tərk edərək Avropaya qaçan Mel Daluzyan bu gün səhər saatlarında ağır yaralanıb.

Məlumata görə, maskalı şəxs qəfil ona hücum çəkib. Dərhal xəstəxanaya yerləşdirilən Mel Daluzyanın vəziyyətinin stabil olduğu bildirilir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər