Ermənistanın Baş naziri Nikol Paşinyanın ardınca prezident Armen Sərkisyan də məzuniyyətə çıxır.
Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezidentin məzuniyyətinin 2 gün davam edəcəyi bildirilir.
Nikol Paşinyanın bir neçə gün öncə mayın 31-də qısa müddətli məzuniyyətə gedəcəyi açıqlanmışdı. Məzuniyyətdə olduğu dövrdə baş naziri müavini Tiqran Avinyan əvəz edəcək.