Ermənistanın Baş naziri Nikol Paşinyan 25 nazir müavinini vəzifəsindən azad edib.
Teleqraf.com xəbər verir ki, ərazi idarəetmə və inkişaf nazirinin birinci müavini Vaçe Terteryan, Liliya Şuşanyan və Karen İsaxanyanla yanaşı daha 22 nazir müavini işdən qovulub.
İqtisadi inkişaf və investisiya, nəqliyyat, rabitə və informasiya texnologiyaları, təhsil, kənd təsərrüfatı nazirinin 3, enerji infrastrukturu və təbii ehtiyatlar, mədəniyyət və diaspor nazirinin 2, gənclər və idman nazirinin isə 4 müavini işdən çıxarılıb.