1 İyun 2019 10:37
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb demokratiyası məhv oldu”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Dövlət başçısı bir sıra Qərb dövlətlərində demokratik dəyərlərin tədricən tənəzzülə uğradığını iddia edib:

“Bütün ölkələr demokratiyaya doğru irəliləyir. Biri daha sürətlə, o biri daha yavaş gedir. Onların sırasında Qərb yoxdur, Qərb demokratiyanı yandırdı.

Məsələn, tez-tez örnək göstərilən bir ölkədən danışım. Sabit bir ölkə olan Almaniyada qızlar qısa ətəkdə məktəbə getməkdən qorxmağa başlayıblar. Bu normaldır?”

Aleksandr Lukaşenko Fransada hökumət əleyhinə baş verən kütləvi etiraz aksiyalarını da xatırladıb: “Bunun Belarusda təkrarlanmasını istəmirəm. Fransa sakit və inkişaf etmiş ölkə idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər