Yaşıdlarının xəyalını qura bilməyəcəyi bir sərvətə sahib olan amerikalı iş adamı, model Kili Cener avtomobili və superqısa libası ilə gündəm olub.
Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl 97 min dollarlıq libası ilə diqqət cəlb eləmiş model növbəti dəfə fantastik xərclə marağa səbəb olub.
Keçən il “Forbes”in “dünyanın ən gənc milyarderi” adını verdiyi Cennerin sərvəti hər kəsi təəccübləndirir.
2300 dollarlıq mavi libasını geyinən model 400 min dollarlıq avtomobili ilə gecə gəzintisinə çıxarkən görüntülənib.