“Bir türk rəsmisindən aldığımız məlumata görə, Ankaranın “S-400” böhran ilə bağlı ABŞ-dan gözlənilən sanksiya narahatlığı Prezident Ərdoğana qədər çatıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Agentlik adı açıqlanmayan türk rəsmisinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın sanksiyalarına məruz qalacağından Ankaranın narahatlığını dilə gətirib:
“Türkiyə rəhbərliyində təmsil olunan yüksək çinli dövlət adamları Rusiyadan “S-400”lərin alınması prosesini bir qədər təxirə salmağı təklif edirlər. Bu barədə Ərdoğana da təklif verilib”.