Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Paşinyan arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, hazırda məzuniyyətdə olan Paşinyana zəng edən Rusiya başçısı onu doğum günü münasibətilə təbrik edib.
Görüşdə ikitərəfli münasibətlər və Ermənistanda baş verən son olaylar müzakirə olunub.
Putinin Paşinyana göndərdiyi təbrik məktubunun mətni də yayımlanıb.
Erməni baş naziri təbrik edən Putin məktubda qeyd edib:
“Rusiya ilə Ermənistan arasındakı müttəfiq əlaqələrin inkişafı və ortaq fəaliyyətin davam etdirilməsi istiqamətində konstruktiv dialoqun davam etdirilməsinə hazır olduğumuzu bir daha təsdiq etmək istərdim ".