Silahlılar Suriyanın Latakiya və Xama vilayətlərində atəşkəsi pozublar, bəzi yaşayış məntəqələri atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriyada Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.
"Sutka ərzində "Latakiya vilayətinin Safsafa (iki dəfə), Naxşebba (iki dəfə), Beyt-Smayra (iki dəfə), Sanceka, Qəstəl-Əl-Borc, Darx-Əbu-Əsəd, Sandran, Mamuxiya, Cübb-Əl-Mqara yaşayış məntəqələrinin və Xama vilayətinin Qalyat-Əl-Mudik yaşayış məntəqəsinin atəşə tutulması qeydə alınıb", - general bildirib.