Rusiyanın Dzerjinsk şəhərində trotil istehsalı üzrə zavodda partlayış baş verib.
Teleqraf.com-un məlumatına görə, partlayışdan sonra zavodda yanğın başlayıb, hadisə yerinə çox sayda yanğınsöndürənlər briqadası cəlb edilib.
Bildirilir ki, partlayışdan sonra tibbi yardım üçün 89 nəfər müraciət edib. Onlardan 44-ü zavodun əməkdaşı, 45-i isə ətraf ərazilərdə yaşayan sakinlərdir.
Qeyd edilir ki, xəsarət alanlardan 28-i xəstəxanalara təcili tibbi yardım avtomobilləri ilə çatdırılıb, 61-i isə özü müraciət edib.
Məlumata əsasən, hazırda xəstəxanada 16 xəsarət alan qalır, onlardan 1-nin vəziyyəti ağırdır.