“Radio Galler”in aparıcısı Vinn Evans Çempionlar Liqasının finalına bilet almaq üçün pul ödəsə də, aldanıb.
Teleqraf.com "BBC"yə istinadla xəbər verir ki, aparıcı iki bilet üçün 7 min funt sterlinq ödəyib.
“Biletləri onlayn aldıq, pulunu ödədik, lakin daha sonra artıq biletlərin mövcud olmadığını dedilər. 14 yaşlı oğlum çaşqınlıq içində idi. Mən pulu ödədikdən sonra agentlik sifarişi yerinə yetirə bilmədiklərini söylədi. Onlar mənim aldığım bileti daha baha qiymətə satmaq imkanı yarandığı üçün başqasına satdılar”, - deyə Vinn Evans bildirib.
Məşhur aparıcı sonra daha çox pul ödəyərək iki bilet alıb. İndi isə əvvəlki ödənişinin qaytarılmayacağından narahatdır.