Roma Papası Fransisk Rumıniyaya səfəri zamanı qaraçılara üz tutaraq onlardan üzr istəyib.
Blaj şəhərində qaraçı icması ilə görüş zamanı Papa katolik kilsəsinin onları əsrlər boyu təqib etdiyini etiraf edib.
Fransisk deyib ki, qaraçılara qarşı ayrıseçkilik qəbulolunmazdır. O, katolik kilsəsinin bu xalqa qarşı irəli sürdüyü siyasəti səhv adlandırıb və onlardan üzr istəyib (Oxu.az).