ABŞ Prezidenti Donald Tramp Rusiya və Suriya rejimindən İdlibi bombalamağı dayandırmağı tələb edib.
Teleqraf.com xatırladır ki, Tramp bu mesajı Kremlin İdlibə hücum edən Suriya rejiminə bundan sonra da dəstək verəcəyini açıqladıqdan sonra verib.
Donald Tramp deyib: “Rusiyanın Suriyanın İdlib vilayətində bombardman etdiyini və bir çox günahsız mülki insanların öldüyünü eşidirəm. Dünya bu durumu izləyir. Məqsəd nədir, bu sizə nə qazandıracaq? Durun!”