ABŞ-ın İrandan gələcək təhlükələrə qarşı tədbir məqsədilə Yaxın Şərqə dislokasiya etdiyi “USS Abraham Lincoln” döyüş gəmisinin hücum qrupu və nüvə başlığı yerləşdirilmiş “B-52” bombardmançı qırıcısı hərbi təlimə başlayıb.
Teleqraf.com xəbər verir ki, “F/A-18 Super Hornet” qırıcısı, “MH-60 Sea Hawk” helikopterləri və digər hərbi texnika da təlimlərə qatılıb.
ABŞ-ın mayın əvvəlində Körfəzə nüvə başlığı yerləşdirilmiş bombardmançı qıcılar və canlı hərbi qüvvə göndərməsi bölgədə vəziyyəti gərginləşdirib.
Rəsmi Vaşinqton Yaxın Şərqə göndərilən qrupa “Patriot” raket batereyası və “USS Arlington” döyüş gəmisinin qatılacağını da açıqlayıb.
İran tərəfi ABŞ-ın bu addımını müharibə hazırlığı adlandırır.