3 İyun 2019 12:06
1 929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəsinə qayıdacağı tarixi açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna KİV-ə açıqlama verən sabiq prezident Gürcüstana 2-3 aya qayıdacağını deyib:

“Mənə ehtiyacınız olar-olmaz, məni axtardığınız vaxt Gürcüstana qayıdacağam və savaşımı davam etdirəcəyəm”.

Qeyd edək ki, Mixail Saakaşvili 2018-ci ilin dekabr ayında tezliklə Gürcüstana qayıdacağını desə də, Salome Zurabişvilinin qələbəsi ilə başa çatan seçkilərin nəticəsini tanımadığlını bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər