Almaniya Sosial Demokrat Partiyası (SPD) sədri və Bundestaqda fraksiya lideri Andrea Nahles hər iki vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, 156 illik tarixi olan SPD-yə ilk qadın lider Nahles bu posta 2018-ci ildə gəlib.
Ancaq o, ötən bazar günü Avropa Parlamentinə seçkilərdə aldığı aşağı səs faizi səbəbindən ciddi tənqidlərə məruz qalıb.
Nahles bəyan edib ki, lazımı dəstək almadığı üçün istefa haqqında qərar verib.
Alman mediası iddia edib ki, Andrea Nahles hətta deputat mandatından imtina edərək tamamilə siyasətdən çəkilir.
Xatırladaq ki, SPD son seçkilərdən sonra Almaniyada qurulan koalisiya hökumətində yer alır.