ABŞ Prezidenti Donad Tramp administrasiyasını daha bir mütəxəssis tərk edir.
Teleqraf.com xəbər verir ki, Ağ Evin iqtisadiyyat şöbəsinin müdiri, prezidentin müşaviri Kevin Hasseti vəzifəsindən gedəcək.
ABŞ Prezidenti Donald Tramp özünün Tvitter hesabında bəyan edib ki, şəxsən özü və administrasiyası üçün böyük işlər görən Kevin Hassett yaxın zamanlarda vəzifəsindən ayrılacaq: “ABŞ-a qayıdan kimi onun yerinə təyin ediləcək şəxsin adını açıqlayacağam. Kevinə göstərdiyi fəaliyyət üçün təşəkkür edirəm”.
2017-ci ildə Ağ Evin iqtisadiyyat müşaviri vəzifəsinə gətirilən Kevin Hasset prezident Trampın yeni vergi konsepsiyasını hazırlayan şəxs kimi tanınır.
Müşavirin Çin və Meksika ilə ticarət müharibəsi getdiyi bir ərəfədə istefası diqqət çəkən amildir.
Ancaq Kevin Hasseti bildirib ki, istefa planını əvvəlcədən prezidentə bildirib və bu addımın son hadisələrlə əlaqəsi yoxdur.