Böyük Britaniyaya gələn ABŞ Prezidenti Donald Tramp əvvəllər onun bu ölkəyə səfərinə qarşı çıxış edən London meri Sadiq Xanı tənqid edib.
Teleqraf.com xəbər verir ki, D.Tramp təyyarədə ikən “Tvitter” hesabında yazıb:
“Ümumi rəyə görə, London meri kimi çox pis fəaliyyət göstərən Sadiq Xan Birləşmiş Krallığın ən əhəmiyyətli müttəfiqi olan ABŞ Prezidentinin səfəri ilə əlaqədar axmaq, iyrənc şeylər söyləyib. O, bitmiş, uğursuz bir insandır. Onun fikrini mənə yox, şəhərdəki cinayətkarlıqla mübarizəyə yönəltməsi lazımdır”.
Qeyd edək ki, ABŞ Prezidenti D.Trampı və xanımı Melaniyanı gətirən təyyarə artıq London hava limanında yerə enib. ABŞ Prezidentinin dövlət səfəri zamanı Birləşmiş Krallıqda 3 gün qalacağı nəzərdə tutulub.
Sadiq Xan hələ 2018-ci ilin yanvar ayında İngiltərənin Baş naziri Tereza Meyin D.Trampı dövlət səfərinə dəvət etməsinin səhv olduğunu bildirmişdi.