Bolqar kahin Vanqa İŞİD terror təşkilatının yaranması, 11 sentyabr terroru və İngiltərənin Avropa İttifaqından çıxması kimi böyük olayları əvvəldən görmüşdü.
Teleqraf.com xəbər verir ki, 1996-cı ildə ölən bolqar qadın həyatını itirməzdən əvvəl 51-ci əsrə qədər bir çox öncəgörmələrini açıqlayıb.
Vanqa xərçəngdən ölməmişdən əvvəl bu istedadının Fransada yaşayan 10 yaşlı bir qıza keçdiyini iddia edib
Vanqanın qarşıdakı illərlə bağlı proqnozlarını təqdim edirik:
2023-cü il – Dünyanın quruluşu dəyişəcək.
2028-ci il – Yeni enerji mənbəyi kəşf olunacaq, aclıq problem olmayacaq, insan Venera planetinə ayaq basacaq.
2033-ü il – Qütbdəki buzlar əriməyə başlayacaq, dünya okeanlarının su səviyyəsi yüksələcək.
2043-cü il – Bir müsəlman dövləti Avropanı yenidən ələ keçirəcək.
2066-cı il – Müsəlmanlar öz nəzarətində olan Romaya hücum edəndə ABŞ iqlim dəyişikliyinə səbəb olan silahını işə salacaq. Bu, gözlənilməz donmaya səbəb olacaq.
2076-cı il – Dünyada sinfi ayrı-seçkilik aradan qalxacaq, bütün dünyada kommunizm hakim olacaq.
2084-cü il – Təbiət özünü yenidən yaradacaq.
2088-ci il – Yeni xəstəlik yayılacaq, insanlar bir neçə saniyəyə qocalacaqlar.
2091-ci il – Bu xəstəliyin müalicəsi tapılacaq.
2100-cü il – Yaradılmış süni günəş dünyanın qaranlıq tərəflərini işıqlandıracaq.
2125-ci il – Kosmosdan Macarıstana siqnal gələcək.
2130-cu il – Yadplanetlilər su altında koloniyalar quracaqlar.
215-cü il – Heyvanlar yarı-insan olacaq.
2167-ci il – Yeni din yaranacaq.
2170-ci il – Böyük aclıq və quralıq olacaq.
2183-cü il – Marsda yaradılmış koloniyalar Yer kürəsinə qarşı çıxacaq və müstəqillik istəyəcək.
2201-ci il – Günəşin temperaturu düşməyə başlayacaq.