3 İyun 2019 15:18
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Venesueladakı səfiri Vladimir Zayemski rəsmi Moskvanın bu ölkədəki hərbi qüvvələrini geri çağırması barədə yayılan məlumatı təkzib edib.

Teleqraf.com xəbər verir ki, rus diplomat bu informasiyanın həqiqəti əks etdirmədiyini və hərbi qüvvələrin Venesuelada qalacağını açıqlayıb:

“Bu, həqiqəti əks etdirməyən məlumatdır, belə xəbərlərin yayılmasının qarşısını almaq mümkün deyil. Venesueladakı hərbi qüvvələrimiz öz işini davam etdirir”.

ABŞ Dövlət katibi Mayk Pompeo keçən aylarda Rusiyanın Venesueladakı hərbi qüvvələrinə cavab verməyə hazır olduqlarını demişdi.

“Wall Street Journal” qəzeti isə rəsmi Moskvanın bu ölkədəki hərbi qüvvələrini geri çəkəcəyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər