4 İyun 2019 00:58
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Saratov vilayətində yaz mövsümü başlayandan 500-dən çox şəxs böyrək sindromlu, qanaxmalı qızdırma virusuna yoluxub.

Teleqraf.com-un məlumatına görə, bugünədək onlardan 333 nəfəri xəstəxanalarda müalicə olunmaqda davam edir.

Bir müddət əvvəl vilayət rəhbərliyi uşaqların yay düşərgələrinə getməsini qadağan etmişdi.

Hazırda virusun yayılma mənbəyi ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, böyrək sindromlu, qanaxmalı qızdırma böyrəklərin zədələnməsi ilə müşayiət olunan kəskin virus xəstəliyidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər