Gürcüstan Qara dəniz limanlarında NATO gəmilərini qəbul etməyə və dəstək verməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan və NATO arasında 2018-2020-ci illər üçün nəzərdə tutulmuş fəaliyyət planına dair hesabatda bildirilib.
Hesabatda son aylarda NATO gəmilərinin Gürcüstanın Qara dənizdəki limanlarına artan səfərlərinə diqqət çəkilib:
“NATO gəmilərinin Gürcüstan sularına səfərlərinin sayı artır. Hazırda NATO qüvvələrinin Gürcüstan sularına girişini daha da asanlaşdırmaq üçün alyans rəhbərliyinə səlahiyyət verilməsi üçün hüquqi və siyasi sənəd hazırlanır”.