Bir neçə ay əvvəl yeni ağciyər nəql olunan İsrail Prezidentinin xanımı Nexama Rivlin vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanası açıqlama yayıb.
B.Netanyahu adından yayılan bəyanatda deyilir:
“Bütün İsrail vətəndaşları ilə birgə mən və həyat yoldaşım Sara prezidentin həyat yoldaşı Nexama Rivlinin ölümü ilə bağlı dərin hüznlə başsağlığı veririk. Biz hamımız həyatının son dövründə yaşamaq uğrunda mərd mübarizə apardığı zaman onun sağalması üçün dualar edirdik”.
Bu ilin əvvəlində prezidentin həyat yoldaşı ağciyər transplantasiyası keçirmişdi. Onun bir neçə il ağciyər fibrozundan əziyyət çəkməsi səbəbindən cərrahiyyə əməliyyatına ehtiyac duyulmuşdu.
Dövlət başçısı Reuven Rivlinin həyat yoldaşı 73 yaşında idi.