4 İyun 2019 13:54
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Əfv Təşkilatı (BƏT) iranlı vəkil Əmir Salar Davudiyə qarşı çıxarılmış hökmü kəskin qınayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BƏT-in Yaxın Şərq və Şimali Afrika Tədqiqatları şöbəsinin rəhbəri Flip Luter bəyanat yayıb.

“Bu hökm son dərəcədə ağır, eləcə də zalımlıq və ədalətsizliyin nümunəsidir. Əmir Salar Davudi insan haqlarını müdafiə etdiyi üçün cəzalandırılıb. İnsan haqlarının pozulması hallarını ifşa etmək üçün açılmış “Teleqram” kanalı cinayət hesab edilə bilməz. İranlı rəsmilər onu dərhal və qeyd-şərtsiz azad etməlidir”,- deyə bəyanatda bildirilib.

İranlı vəkil Əmir Salar Davudi “Teleqram” sosial şəbəkəsində İranda insan haqlarının pozulması hallarını işıqlandıran kanal yaratdığına görə, 30 il həbs və 111 şallaq cəzasına məhkum edilib. O, dövlət əleyhinə təbliğat aparmaqda və müqəddəs dəyərləri təhqir etməkdə ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər