4 İyun 2019 14:32
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk müğənni Alpaya terrorizmi təbliğ etmək ittihamı ilə cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, sənətçinin yaxın günlərdə baş tutmuş konsertində türk inqilabçılar Dəniz Gəzmiş, Yusif İnan və Berkin Əlvanın şəkilləri qaldırılıb.

Tamaşaçıların qaldırdığı şəkillərə müğənninin reaksiyası belə olub:

“Bu mahnı dövlət tərəfindən qəddarlıqla qətlə yetirilən bu gözəl insanlara gəlir”.

Tamaşaçılardan birinin şikayətindən sonra Alpaya qarşı cinayət işi açılıb.

Qeyd edək ki, sosialist inqilabçılar Dəniz Gəzmiş, Yusif İnan və Berkin Əlvan 1972-ci ildə edam edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər