Ermənistan Baş Prokurorluğu keçmiş prezident Serj Sərkisyanın qardaşı oğlu, Çexiyada həbs edilmiş Narek Sərkisyanın İrəvana ekstradisiya ediləcəyi ilə bağlı məlumatı təkzib edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun rəsmisi Aravik Xaçatryan açıqlama ilə çıxış edib.
Xaçatryan məsələ ilə əlaqədar Çexiyadan məlumat daxil olmadığını bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan mediası Narek Sərkisyanın ekstradisiya ediləcəyi ilə bağlı məlumat yaymışdı.
Ermənistanın keçmiş prezidentinin qardaşı oğlu 2018-ci ilin mart ayından beynəlxalq axtarışa verilib. O, qeyri-qanuni silah əldə etmək və saxlamaq, narkotik maddə qaçaqmalçılığında ittiham olunur.