Qazaxıstan prezidentliyinə namizəd Sadıbek Tuqel qazax qadınlara əcnəbi kişilərlə evlənməyin qadağan olunmasını təklif edib.
Teleqraf.com xəbər verir ki, o bu barədə “Almaty TV”-yə müsahibəsində danışıb.
Prezidentliyə namizəd beynəlxalq evlilikləri “əxlaq cinayəti” adlandırıb:
“Hesablamama görə, hər il 9.500 qazaxıstanlı qadın əcnəbilərlə evlənir. Bu gün isə beynəlxalq evliliklərin sayı 30 faizə çatıb. Bu davam edərsə, qazax anası qalmayacaq. Bunu niyə edirlər? Bəlkə də ağır şərtlərə görə...
Belədirsə, bu şərtləri dəyişdirmək lazımdır ki, qızlarımız ölkəni tərk etməsinlər”.