4 İyun 2019 16:50
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin aprel ayında Azərbaycanla baş vermiş döyüşlərin araşdırılması üçün Ermənistanda yaradılmış xüsusi komissiya ilk iclasını keçirəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Tiqran Karapetyan deyib.

Karapetyan iclasda müzakirə ediləcək mövzuların müəyyən ediləcəyini açıqlayıb:

“Aprel döyüşləri ilə bağlı bütün məsələlər müzakirə olunacaq. Lazım olarsa, suallara cavab vermək üçün keçmiş prezident Serj Sərkisyan komissiyanın iclasına gətiriləcək, çünki nə baş verdiyini araşdırırıq. Bütün suallara cavab verilməlidir.

İclasda dövlət sirri sayılan məsələlər də müzakirə olunacaq, buna görə də toplantılar ictimaiyyətə qapalı olacaq”.

Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində ağır itki verərək geri çəkilən Ermənistan ordusunun işğalı altında olan 2 min hektardan çox ərazilərimiz azad edilib.

Azərbaycan ordusundan aldığı ağır zərbə 3 ildən çoxdur Ermənistanda müzakirə mövzusudur. Məğlubiyyətə görə, Ermənistanın dönəm rəhbəri Serj Sərkisyan ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər