Uelsdəki NATO zirvəsində “İraq-Şam İslam Dövləti”nə (İŞİD) qarşı Türkiyənin də daxil olacağı bildirilən bir koalisiya ideyasının yaranmasından sonra bu gün ABŞ-dan Ankaraya ilk həlledici səfər baş tutub.
Teleqraf.com-un “Habertürk”ə istinadən verdiyi xəbərə görə, ABŞ müdafiə naziri Çak Hagelin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib və burada Baş Qərargah Rəisi, Ordu Generalı Necdət Özəl ilə görüşüb.
Hagelin bu gün prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu tərəfindən də qəbul edilməsi gözlənilir.
ABŞ rəsmisinin əsas gündəmində “İŞİD”-ə qarşı mübarizə ilə yanaşı, NATO-nun Ukraynaya təcili yardım göndərmə planı da var.
Samir