Yunanıstan Xarici İşlər Nazirliyi II Dünya Müharibəsi zamanı ölkənin Almaniya tərəfindən işğal edilməsi səbəbindən Berlindən 300 milyard avro təzminat tələbi edir.
Teleqraf.com xəbər verir ki, bununla əlaqədar olaraq Xarici İşlər Nazirliyi yazılı açıqlama ilə çıxış edib.
Nazirlik qeyd edib ki, II Dünya Müharibəsi zamanı ölkənin Almaniya tərəfindən işğalı zamanı yunan xalqı böyük zərər və itkilər yaşayıb.
Rəsmi Afina işğal zamanı həyatını itirənlərin ailələrinə faizsiz təzminat verilməsi, yağmalanan və qanunsuz aparılan arxeoloji və mədəni xəzinələrin geri qaytarılmasını tələb edib.
Yunanıstan Almaniyadan 300 milyard avro tələb edir. Almaniya isə 1950-1960-cı illərdə 115 milyon alman markası ödəmə etdiyini əsas gətirir, yeni təzminat tələbini rədd edir və bu məsələnin imzalanan razılaşma ilə qapandığını vurğulayır.