5 İyun 2019 15:57
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin S-400 hava hücumundan müdafiə kompleksi alması Rusiyanın planıdır. Rusiya NATO müttəfiqləri arasında münasibətləri pozmaq və alyansı zəiflətmək üçün bir sıra yollardan istifadə edir.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın NATO-dakı daimi təmsilçisi Kau Bailey Hutçison deyib.

Bir dövr ABŞ Konqresinin üzvü olan daimi təmsilçi əlavə edib ki, Rusiya hava hücumundan müdafiə kompleksi ilə F-35 hərbi təyyarələrinin eyni ordunun nəzarətində olması qəbuledilməzdir: “Bir qərar vermək məcburiyyətindəyik. Birini və ya digərini seçə bilər, lakin ikisini birdən ala bilməzlər”.

Kau Bailey Hutçison əlavə edib ki, Türkiyənin də partniyoru və rəsmi alıcısı olduğu F-35 proqramına qarşı S-400 kompleksləri təhdid yaradır.


Müəllif: Cavad

Oxşar xəbərlər