5 İyun 2019 16:41
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Perudan Avropaya göndərilməsi planlaşdırılan 5 ton kokain ələ keçirilib.

Teleqraf.com xəbər verir ki, Perunun paytaxtı Lima və Kallao şəhərində keçirilən əməliyyat zamanı 5 ton narkotik aşkar edilib.

Peru polisi bəyan edib ki, 5 tondan çox kokain Argentina, İspaniya və İtaliyadan gələn kəşfiyyat informasiyası sayəsində ələ keçiriblər.

Peru baş naziri Martin Vizkara bununla bağlı xüsusi açıqlama ilə çıxış edib.

“İki əhəmiyyətli əməliyyat sayəsində qanunsuz maddələr ələ keçirildi. Artıq cinayətkarların əlində olmayan 5 tondan çox kokaindən bəhs edirik”, - baş nazir bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər