5 İyun 2019 19:57
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Şimali Atlantika İttifaqına (NATO) yalnız bu məsələnin referenduma çıxarılmasından sonra daxil olacaq.

Bu haqda ölkə prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, NATO üzrə kurs hər şeydən əvvəl ölkənin təhlükəsizliyi və ordunun səviyyəsidir.

Daha əvvəl NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen bildirib ki, təşkilata üzvlük üçün Ukrayna bir sıra meyarlara çatmalı olacaq və bunların həyata keçirilməsi üçün böyük miqdarda vaxt gedəcək. Ekspertlər isə güman edirlər ki, Ukrayna ən yaxın 20 ildə NATO-ya üzvlüyə iddia edə bilməyəcək.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər