İspaniya Ali Məhkəməsi diktator Frankonun qalıqlarının məzarlıqdan çıxarılaraq başqa bir yerdə dəfn edilməsinə dair hökumətin qərarını müvəqqəti bloklayıb.
Teleqraf.com xəbər verir ki, ispan hökumətinin qərarına əsasən diktatorun sümükləri iyunun 10-na qədər başqa bir məzarlığa köçürülməli idi.
Azlıqda olan sosialist qrupun diktator Fransisko Frankonun məzarının köçürülməsinə dair son 10 ayda apardığı mübarizə məhkəmə tərəfindən rədd edilib.
Əlavə edək ki, diktatorun ailəsinin razılığını ala bilməyən hökumət sonda Frankonun məzarının Şəhidlər Vadisindən Madridin El Pardo qəsəbəsindəki Minqorrubio məzarlığına, xanımı Karmen Polun qəbri yanına köçürülməyi haqda qərar vermişdi.
Diktatorun ailəsi isə bu qərara etiraz edib, hətta məhkəmədə iddia qaldırıb. Məhkəmə isə diktatorun ailəsinin iddiasını qəbul edib. Məhkəmə hesab edib ki, bununla əlaqədar hökumət və Frankonun ailə üzvləri arasında razılaşma əldə olunmalıdır.