6 İyun 2019 01:35
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna nümayəndələri Minskdə siyasi yarımqrupun görüşündə əsas məsələlərdən birini – Donbasa xüsusi statusun verilməsi məsələsini müzakirə etməkdən imtina ediblər.

Bunu əlaqə qrupunda səlahiyyətli nümayəndə, “Donetsk Xalq Respublikası” separatçı rejimin “Xarici İşlər Nazirliyi”nin başçısı Natalya Nikonorova bildirib.

Nikonorova qeyd edib ki, ilk növbədə Donbasa xüsusi statusun verilməsi və onun Ukrayna konstitusiyasına daxil edilməsi haqqında dialoqa başlamaq lazımdır.

“Ancaq Ukrayna nümayəndələri gündəlik məsələləri müzakirə etməkdən imtina etdilər. Bu o faktı açıq-aydın təsdiq edir ki, əlaqə qrupunda irəliləyiş məhz Minsk razılaşmaları üzrə öhdəliklərin icrası üzrə siyasi iradənin mövcudluğundan asılıdır. Hazırda təsdiq etməyə məcburuq ki, belə iradə yoxdur”, - o əlavə edib.

Qeyd edək ki, Ukrayna ordusu və rusiyayönlü qüvvələr arasında Donetsk və Luqansk vilayətlərində silahlı konflikt 2014-cü ilin aprelində başlanıb. 2014-cü aprelin 14-dən hökumət gücləri Donbasda terrorçuluğa qarşı əməliyyatı keçirirdi. 2018-ci il aprelin 30-da anti-terror əməliyyatı rəsmən başa çatıb, onun əvəzinə Donbasın reinteqrasiyası haqqında qanuna uyğun olaraq, Birləşmiş güclərin əməliyyatı başlanıb.

Donetsk və Luqansk vilayətlərinin bir hissəsi hazırda rusmeylli separatçılar tərəfindən nəzarət altındadır. Kiyev işğal prosesində Rusiyanın nizami qoşununun iştirak etdiyini və hazırda burada Rusiya hərbçilərinin olduğunu iddia edir. Moskva isə münaqişə tərəfi olmadığını, münaqişənin Ukraynanın daxili işi olduğunu bildirir.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər