Şimali Koreyanın hakim Fəhlə Partiyası bəyanat yayaraq ABŞ-ın keçən il tərəflər arasında imzalanmış anlaşmaların şərtlərini yerinə yetirmədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, rəsmi Vaşinqtona etiraz edən hakim partiya ABŞ hökumətinin Şimali Koreya tərəfinin “səbr kasası”nı daşırdığını deyib.
Bəyanatda qeyd edilib ki, ABŞ bilərəkdən anlaşmaların şərtlərini yerinə yetirmir və bu, Şimali Koreyanın əsəblərini tarım çəkir:
“ABŞ qəsdən bu anlaşmaların həyata keçməsinə mane oldu və təktərəfli formada nüvə silahlarının təslim edilməsini təkid etdi. Şimali Koreyadan nüvə silahlarının təslim edilməsini tələb edən ABŞ eyni addımı özü atmaq istəmir. Bizim də səbrimizin bir sərhədi var”.
Hakim partiya ABŞ-dan ən yaxın vaxtda anlaşmanı yerinə yetirməyi tələb edib.