"Mən Donald Trampı həbsdə görmək istəyirəm".
Teleqraf.com xəbər verir ki, bu sözləri Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Demokrat Partiyasının liderləri ilə görüşündə deyib.
Bu barədə məlumat yayan "Politico" nəşrinin yazdığına görə, Nümayəndələr Palatasının Hüquq komitəsinın sədri Cerrold Nadler bu həftə ikinci dəfə Nensi Pelosidən ABŞ prezidenti barədə impiçment proseduruna başlamaq üçün ikinci dəfə icazə istəyib.
Nümayəndələr Palatası rəhbərinin cavab reaksiyası belə olub: "Mən onun impiçmentini yox, onun həbsini istəyirəm".
Mənbə iddia edir ki, Nensi Pelosi Donald Trampın hakimiyyətdən uzaqlaşdırılmasına tərəfdardır, amma bunun üçün növbəti prezident seçkilərini görzləməyi lazım bilir.
O, hesab edir ki, bundan sonra Trampı məsuliyyətə cəlb etmək olar.