İranın Kirman əyalətində hüquq-mühafizə orqanlarının bir əməkdaşı naməlum silahlı dəstə üzvləri ilə baş verən qarşıdurmada öldürülüb.
Teleqraf.com xəbər verir ki, hadisə Kirman əyalətinin Cazmuriyan qəsəbəsində baş verib.
Polisin bölgədə reyd keçirməsi zamanı naməlum silahlı şəxslərlə qarşıdurma yaranıb. Atışma nəticəsində polis əməkdaşı Məhəmməd Əmin Allahdadi aldığı güllə yarasından hadisə yerində həlak olub.
Silahlı dəstə üzvləri hadisə yerindən qaça biliblər.
Əlavə edək ki, ötən günlərdə İranın müxtəlif bölgələrində baş vermiş silahlı qarşıdurmada 2 polis rəisi öldürülüb.