Misirin Daxili İşlər Nazirliyinin (DİN) qüvvələri Sinay yarımadasında Əl-Ariş şəhərindəki nəzarət-buraxılış məntəqəsinə hücumda iştirak edən 14 terrorçunu məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polisin nəzarət-baxış məntəqəsinə hücum edən terrorçuları təqib etdiyi bildirilir. Məlumata görə, bu zaman Əl-Msaid rayonundakı yaşayış olmayan evlərin birində bir qrup yaraqlı aşkarlanıb. Terrorçular polis qüvvələrinə atəş açıb. Polisin cavab atəşi ilə onlar zərərsizləşdirilib.
Hadisə yerində xeyli sayda silah-sursat tapılıb.