Sudanda keçirilən nümayişlərin liderləri hərbi generalların danışıqlar təkilfini rədd edib.
Teleqraf.com xəbər verir ki, onlar nümayişlər zamanı təhlükəsizlik qüvvələri tərəfindən 100-dən çox insanın öldürülməsindən sonra belə bir təklifin qeyri-səmimi olduğunu deyib.
“Sudan Peşəkarlar Assosiasiyası”nın sözçüsü Məhəmməd Yusif Əl-Mustafa general Əbdül Fəttah Bürhanın əmri ilə insanların öldürüldüyünü və bunun hələ davam etdiyini deyərək, onun şərtsiz danışıqlar təklifinin qeyri-səmimi olduğunu bildirib.
“Azadlıq və Dəyişiklik Qüvvələri” alyansının bir hissəsi olan və nümayişləri təmsil edən bu, demokratiya tərəfdarı assosiasiya hərbi qüvvələrin hakimiyyəti mülki hökumətə verməsinə çalışır.
General Əbdül Fəttah Bürhan isə tez bir zamanda yeni bir hökumətin qurulacağını və seçkilərin qarşıdan gələn doqquz aya qədər keçiriləcəyini bildirib.
“Sudan Peşəkarlar Assosiasiyası” bu təklifi dərhal rədd edərək, nümayişlər zamanı ölənlərin sayının artıq 108-ə çatdığını, Sudanda vəziyyətin getdikcə pisləşdiyini və ölkənin gələcəyi ilə bağlı danışıqların dalana dirəndiyini deyib.