Dubayda turist avtobusu ağır yol qəzasına uğrayıb.
Teleqraf.com-un məlumatına görə, hadisə nəticəsində 15 nəfər həlak olub.
Avtobusda olan daha beş nəfər ağır xəsarət alıb. Avtobusda ümumilikdə 31 sərnişin olub.
Qeyd edilir ki, qəza ötən gün axşam Şeyx Məhəmməd Bin Zayed Road şossesində baş verib.