Həyat yoldaşı Kənan Doğulu ilə son zamanlar gərginlik yaşayan aktrisa Beren Saat yaxın dostunu itirib.
Teleqraf.com xəbər verir ki, Beren Saat uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparan fotoqraf və videoqraf Aykut Cömertlə bağlı İnstaqram hesabında vida mesajı yazıb.
“İnsan həyatı boyu çox dost qazanır, amma zəkadaş tapmaq çətindir. Uğultunun ortasında bir cümlə ilə həyatına işıq tutanı tapmaq da çətindir. Ən qaranlığa qaçanda ittiham etmədən səninlə orada səssiz duranı, hətta səni gülüşə boğanı da tapmaq imkansızdır. Sənin üçün həmişə darıxacağam, canım dostum. Ulduzlarla mənim üçün də rəqs et”, - deyə aktrisa qeyd edib.
Xatırladaq ki, keçmiş sevgilisi Efe Gürayın itkisi ilə hələ də barışmayan Beren Saatın tez-tez onu yad etməsi cəmiyyətdə birmənalı qarşılanmır.
Yol qəzası nəticəsində dünyasını dəyişən Efe Gürayın Beren Saatın məşhurlaşmasında xüsusi rolu olub.